Almaniya XİN öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDIbackend

Almaniya XİN öz vətəndaşlarını İranı tərk etməyə ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını “əsir düşmə” riski ilə əlaqədar İranı tərk etməyə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Times of Israel” Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən yazıb.

Onun sözlərinə görə, “Cəmşid Şarmehdin timsalında İranın vətəndaşlarımızı girov götürdüyünü görürük”.

“Biz digər alman vətəndaşlarını bu taledən xilas etmək istəyirik”, – o deyib.

Oktyabrın 28-də İran məhkəməsinin qərarı ilə İran əsilli Almaniya vətəndaşı Cəmşid Şarmehd edam edilib. Tehranın məlumatına görə, o, İranda monarxiyanın bərpasını müdafiə edən “Tondar” “terrorçu” qrupuna rəhbərlik edib.

Şarmehd 2020-ci ilin avqustunda Omanda saxlanılıb və sonra İrana aparılıb. O, 2008-ci il aprelin 12-də 14 nəfərin ölümü, 200-dən çox insanın yaralanması ilə nəticələnən Şiraz məscidində törədilən partlayışda iştirakda ittiham olunurdu.

Xuraman Etibarlı

İnterpress.az