İsraildə hərbi hücum planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) rəhbərlik etdiyi Qüds təhlükəsizlik qüvvələri hərbi hücum təşkil etməkdə və ölkəyə hücum planlaşdırmaqda şübhəli bilinən İsrail vətəndaşını həbs edib.
Əməliyyat zamanı 4 şübhəli qaçmağa çalışıb. Onlardan ikisi güllələnib, qalan ikisi isə saxlanılıb.
Kanal xəbər verir ki, saxlanılan şəxslər əlavə araşdırma üçün hüquq-mühafizə orqanlarına təhvil verilib.
Xuraman Etibarlı
İnterpress.az