Moskvada avtobloqer Hacı Hacıyev saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Moskva vilayətində BMW markalı avtomobilin sükanı arxasında drift edərək bir neçə nəfəri vuran avtobloqçu Hacı Hacıyev saxlanılıb.
Qəza noyabrın ortalarında driftçilərin görüşündə baş verib. Sürücülərdən biri drifti səhv hesablayıb və BMW lazım olduğundan artıq fırlanıb. \
Maşın bir neçə nəfəri, o cümlədən ön sırada dayanan qadın və uşağı vurub. İki nəfər xəstəxanaya aparılıb.
Qəzadan sonra Hacıyev maşın sürdüyünü təkzib edib.
“Qəza zamanı mən heç orada deyildim. Mən orada idim, amma qəza zamanı yox. Hər kəs bu M5-də sürüşə bilər”, – o deyib.
Hacıyev bu gün saxlanılıb. Qəza ilə bağlı iki maddə ilə cinayət işi açılıb. Hacıyevin barəsində həbs qətimkan tədbiri seçilib.
Xuraman Etibarlı
İnterpress.az