Paşinyan AİB iclasının Ermənistanda deyil, Rusiyada keçirilməsini xahiş edib.
İnterpress.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi AİB sədrinin iclasın Ermənistanda deyil, Rusiyada keçirilməsini istəməsinin səbəbini izah etməyib.
“AİB-də qüvvədə olan reqlamentə əsasən, Avrasiya İqtisadi Şurasının iclasının AİB-nin nizamnamə orqanlarına sədrlik edən üzv dövlətin ərazisində keçirilməsi nəzərdə tutulmayıb. Müvafiq olaraq, Avrasiya AlB İqtisadi Şurasının iclaslarının keçirilməsi qaydası, növbəti iclasın vaxtı və yeri barədə qərar əvvəlki iclasda qəbul edilir. Eyni zamanda, mayın 8-də Moskvada keçirilən görüşdə üzv ölkələrin liderləri növbəti görüşün bu ilin dekabrında Sankt-Peterburqda keçirilməsi barədə qərar qəbul ediblər”, – Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Diplomatik mənbələr iddia edir ki, mayın 8-də Nikol Paşinyan görüşün İrəvanda deyil, Rusiyada keçirilməsini şəxsən istəyib. İclasa Paşinyan sədrlik edəcək.
“Fakt budur ki, Ermənistan AİB-yə sədrlik edən ölkə olsa da, ikinci sammit Ermənistanda deyil, Rusiyada keçirilir. May ayında Ermənistan AİB-nin yubiley sammitinin Moskvada keçirilməsinə razılıq verib.
Belə bir tələbin edilməsinə səbəb Ermənistan hakimiyyəti tərəfindən ratifikasiya olunmuş və Rusiya prezidenti Putinin Ermənistana səfər edəcəyi təqdirdə onun həbs edilərək Roma məhkəməsinə veriləcəyini nəzərdə tutan Roma Əsasnaməsidir.
Əslində Paşinyan növbəti avantürist addımının “qurbanı”na və xarici tərəfdaşların gözündə gülüş obyektinə çevrilib. Bir tərəfdən Qərbin tələblərini yerinə yetirir, digər tərəfdən də Rusiya ilə körpüləri yandırmaq istəmir”, – erməni mediası yazıb.
Xuraman Etibarlı
İnterpress.az