“Səngərdə plov istəmirsiniz? Onda çıxın gedin vətəninizə!”.
İnterpress.az xəbər verir ki, 2025-ci ildən etibarən Krasnodar diyarında əcnəbi işçi qüvvəsinin istifadəsinə tam qadağa tətbiq ediləcək.
Bu barədə vilayət qubernatoru bildirib.
Tikinti sənayesində əcnəbilər 50%-ə qədər cəlb ediləcək, digər sahələrdə isə qadağa gələn ilin əvvəlindən qüvvəyə minəcək.
Bununla belə, dəyərli mütəxəssislərin geri qayıtmamaq və Rusiya vətəndaşlığını almaq imkanı var.
Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynaya müharibəyə gedən miqrant Rusiya vətəndaşlığı alacaq, pulsuz müalicə olunacaq və s. Lakin miqrantlar bunu etməyə həvəsli deyillər və onların Rusiyadan qovulmasına qərar veriləcək.
Xuraman Etibarlı
İnterpress.az