Mən Fitsoya pul təklif etmişəm.
İnterpress.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. Zelenski Fitsoya pul təklif etdiyini təsdiqləyib.
O, Slovakiyanın baş naziri Robert Fitsoya Rusiya qazından imtina etməsinə görə pul kompensasiyası təklif edib, lakin o, təklifi rədd edib.
“Biz ona Avropa Komissiyasının tələbi ilə slovaklara, ancaq slovaklara Rusiya tranzitindən itkilərə görə mümkün kompensasiya, eləcə də alternativ tranzit variantları ilə bağlı həllər təklif etdik.
Rusiya deyil, hər hansı digər qaz üçün biz bunu etməyə hazır idik. Fitso slovaklara təzminat istəmədi və nədənsə ona belə gəlir ki, bu, Moskva üçün daha sərfəlidir”, – Zelenski deyib.
Xuraman Etibarlı
İnterpress.az