Ermənistan parlamentinin keçmiş deputatı 9 il müddətinə azadlıqdan məhrum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mnediası məlumat yayıb.
Ermənistanın Baş Prokurorluğu bir qrup şəxs tərəfindən xüsusi külli miqdarda əmlak oğurlamaq məqsədi ilə təşkil edilmiş quldurluğu törətməkdə təqsirləndirilən parlamentin keçmiş deputatı Levon Sarkisyanın 9 il müddətinə azadlıqdan məhrum edildiyini bildirib.
İrəvan Şəhər Birinci İnstansiya Cinayət Məhkəməsinin Ümumi Yurisdiksiya Məhkəməsinin hökmü qanuni qüvvəyə minib.
Xuraman Etibarlı
İnterpress.az