İnterpress.az bəyanatı olduğu kimi təqdim edir:
\”Avropa Liqasının qrup mərəhələsinin VI turunda baş tutan \”Qarabağ\” (Azərbaycan) – \”İnter\” (İtaliya) görüşündə əlavə olunmuş 4-cü dəqiqədə komandamız qol vursa da, oyunu idarə edən hakimlər briqadası qolu hesaba almamış, nəticədə komandamız yarışda mübarizəni dayandırmışdı.
Baş vermiş bu haqsızlıq milyonlarla futbolsevərimizi üzməklə yanaşı, \”Qarabağ\”ın haqqının qorunması yönündə bütünləşməyə gətirmişdir. \”Qarabağ\”ın haqlı qələbəsinin əlindən alınmasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də biganə qalmamış, zati-aliləri \”Qarabağ\” komandasını qəbul etməklə verdiyi dəstəyi, komandanın yanında olduğunu nümayiş etdirmişdir. Təsadüfi deyil ki, görüş zamanı daim Azərbaycan idmanından diqqət və qayğısını əsirgəməyən dövlət başçısı hər nə qədər \”Qarabağ\” qrup mərəhələsində mübarizəni dayandırsa da, möhtərəm prezidentimiz \”Qarabağ\”ı qalib saydığını bildirmiş və qrup mərhələsini adlayacağı halda UEFA tərəfindən veriləcək mükafatı \”Qarabağ\”ımıza hədiyyə olaraq təqdim etmişdir. Prezidentimiz həmin mükafatı zati-alilərinin humanistliyi, idmana qayğısı fonunda \”Qarabağ\”ın inkişafı, yeni-yeni idman uğurlarının qazanılması yönündə böyük motivasiya olmuşdur.
\”Qarabağ\”ımızın vitse-prezidenti Tahir Gözel elə ilk gündən baş verən haqsızlığa biganə qalmamış, başqanımız milyonlarla insanımızın üzüntüsünü, ədalətsizliyə hayqırışının müvafiq qurumlara çatdırmaq üçün İsveçrəyə yollanmış, UEFA-nın yarışların keçirilməsi üzrə direktoru Georgi Marçetti ilə görüşmüşdür. Başqanımızın israrla \”Qarabağ\”ın haqqını tələb etməsi, oyunun yenidən keçirilməsi və ya nəticənin dəyişdirilməsinin mümkünsüzlüyü fonunda hakimlərin cəzalandırılması tələbi UEFA funksioneri tərəfindən haqlı irad olaraq dəyərləndirilmişdir.
Türkiyədən idman məsələləri üzrə ixtisaslaşmış vəkil Qurur Qayə Günal \”Qarabağ\”ın səlahiyyətli nümayəndəsi kimi bu məsələyə cəlb olunmuş və olay UEFA-nın məhkəməsinə qədər daşınmışdır.
Vəkilimizin israrları və təkidləri sayəsində fevralın ayının 5-nə təyin olunmuş məhkəmədə \”Qarabağ\” rəhbərliyinin, eləcə də coxmilyonlu ictimayyətin tələbi – \”Qarabağ\”ın lehinə qərar qəbul olunması yönündə hər kəsin ortaq mövqeyinə rəğmən lazımi qərarın verilməməsi belə fikrimizdən döndərməmiş və vəkilimiz yenidən qərardan şikayət olunmasıyla bağlı vəsadət qaldırmışdır.
Və bugün gözlənilən qərar açıqlandı. Düzdü, gözlənildiyi kimi oyun yenidən keçirilməsi haqqında qəbul olunmadı. Amma, baş tutan iclasın yekununda açıqlanan qərarda hakimin oyunda fərdi xəta reallaşdırdığını bildirilmişdir. Hər nə qədər \”Qarabağ\”ın təmiz qol vurması hakim qərarıyla əngəllənsə də, bunun oyun qaydalarının pozulmasıyla uzlaşmadığı ifadə olunmuşdur. Belə də oyunun nəticəsi dəyişdirilməsə də, hakimin cəzalandırılması yönündəki tələbimiz reallaşmışdır. Belə ki, məhkəmədə hakimin cəzalanması hakimlərlə bağlı müvafiq qurum tərəfindən veriləcəyi bildirilmişdir.
Beləliklə, \”Qarabağ\” FK rəhbərliyi, ölkə ictimayyətinin birgə səyi nəticəsində hakimlərin cəzalanması yönündəki fəaliyyətimiz öz bəhrəsini vermişdir. Hakimlərin cəzalanmasıyla bağlı verilmiş qərar hamımızın uğuru, qələbəsidi…\”
İnterpress.az