Nazir müavini: “Dimdiyinin sarısı getməyən dünənki cücə…”-VİDEObackend

Nazir müavini: “Dimdiyinin sarısı getməyən dünənki cücə…”-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov supermarketlərin Vergilər Nazirliyinə vergi məsələləri ilə bağlı dərs keçməsindən də narazılıq edib: \”Hələ bizə deyirlər ki, gəlin oturaq, sizə başa salaq. Dimdiyinin sarısı getməyən dünənki cücə bizə ƏDV-ni öyrətmək istəyir\”.

\”Bəzi ərköyün supermarketlər var. Bunların bəzilərində xronometraj ölçmələr aparılıb və acınacaqlı nəticələr əldə edilib. Bu supermarketlərdə malların qiymətləri dəyişməyib. Vergi orqanalarının apardığı ciddi yoxlamalar nəticəsində onlar 2014-cü ilə nisbətən 2015-ci ildə bir qədər artıq vergi ödəyib. Bu ilin əvvəlində apardığımız xronometraj müşahidələr zamanı isə bu obyetklərinonların on dəfələrlə dövriyyəni gizlətdiyinin şahidi olmuşuq. Dövriyyəsini 40 dəfə gizlədən supermarketlər var\”, – deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, vergilər nazirinin müavini Sahib Ələkbərov Heydər Əliyev Fondunun icraçı direktoru, Heydər Əliyev Mərkəzinin direktoru, Formual 1 yarışının təşkilatçısı olan Avtomobil İdman Növləri Federasiyasının prezidenti Anar Ələkbərovun atasıdır. (report)

İnterpress.azhttps://youtube.com/watch?v=DJrqoWFZLtQ