Saakaşvilini daha bir cəza gözləyir.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb. Bildirilir ki, martın 17-də Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini sərhədi qanunsuz keçmə işi üzrə hökm çıxaracaq.
Siyasətçini 3 ildən 5 ilə qədər həbs gözləyir.
Xatırladaq ki, bir neçə gün əvvəl Saakaşvili büdcə vəsaitlərinin mənimsənilməsi işi üzrə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xuraman Etibarlı
İnterpress.az