İsrail HƏMAS Siyasi Bürosunun daha bir yüksək rütbəli üzvünü öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə “Al Arabia” Fələstin mənbələrinə istinadən məlumat yayıb.
İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr HƏMAS Siyasi Bürosunun yüksək rütbəli üzvü İssam əl-Daalisi öldürüb.
İran KİV-lərinin məlumatına görə, o, Qəzza zolağında hökumətin monitorinq və fəaliyyətin təqibi komitəsinin rəhbəri vəzifəsində çalışıb.
Eyni zamanda qurumun daha 4 yüksək rütbəli nümayəndəsinin zərərsizləşdirildiyi bildirilib.
Həmçinin İsrail ordusunun sözçüsü Adrai döyüşlərin başladığı müəyyən bölgələrdən mülki əhalinin təxliyyə edilməsini istəyib.
Xuraman Etibarlı
İnterpress.az