“Azadlıq” radiosu Tramp administrasiyasını MƏHKƏMƏYƏ VERDİbackend

“Azadlıq” radiosu Tramp administrasiyasını MƏHKƏMƏYƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azadlıq” radiosu maliyyə vəsaitinin qaytarılmasını tələb edərək məhkəməyə müraciət edib.

İnterpress.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Azad Avropa/Azadlıq Radiosu ABŞ-nin Qlobal Media Agentliyinə (USAGM) və agentliyin rəsmiləri Keri Leyk və Viktor Moralesə qarşı təşkilatın işi üçün Konqresin təsdiq etdiyi qrantı ləğv etmək cəhdlərinin qarşısını almaq üçün məhkəməyə müraciət edib.

Şikayətdə deyilir ki, Konqres tərəfindən ona ayrılan vəsaitin rədd edilməsi “Konqresə federal xərclər üzərində müstəsna səlahiyyət verən ABŞ Konstitusiyasını pozur”.

İşə Amerika Birləşmiş Ştatlarının Kolumbiya Dairə Məhkəməsində baxılacaq.

Xuraman Etibarlı

İnterpress.az