Yunanıstanda dabanlı ayaqqabı geyinməyə görə böyük cərimə gözləyir.
İnterpress.az xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.
Turistlərin nəzərinə çatdırılıb ki, Yunanıstanda bir növ ayaqqabı – stiletto tuflilər geyinmək qəti qadağandır.
Onu geyinməyə görə 900 avroya qədər cərimə oluna bilərsiniz.
Dabanlı ayaqqabılar “tarixi abidələrə zərər verə bilər” deyə qanun 2009-cu ildə qəbul edilib.
Xuraman Etibarlı
İnterpress.az