Gürcüstanda etiraz aksiyaları ilə bağlı cərimələr ölkə büdcəsinə 700 min dollardan çox əlavə edib.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
2024-cü ilin noyabrından 2025-ci ilin martına qədər Gürcüstanda etiraz aksiyalarının iştirakçılarına verilən cərimələrin ümumi məbləği 2 milyon lari (719 min dollar) təşkil edib.
Onlara nümayişlər zamanı yolları qanunsuz bağladıqlarına görə cərimə təyin olunub.
Beynəlxalq avtomobil yolları və magistral yollar bloklanması cinayət hesab edilən strateji və ya xüsusi əhəmiyyət kəsb edən obyektlər siyahısına daxil edilib.
Qanuna görə, bu, 2 ildən 4 ilə qədər həbs, həmçinin 1800 dollar cərimə ilə cəzalandırılır.
Xuraman Etibarlı
İnterpress.az