30 milyon manata yaxın rüşvət almaqda ittiham olunan general-leytenant cəbhəyə getməyi xahiş edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, 1,4 milyard rubl (təxm. 28,4 milyon man) rüşvət almaqda ittiham olunan general-leytenant Vadim Şamarin cəbhəyə getməyi xahiş edib.
Vəkilinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin keçmiş rəisi “dəfələrlə vətənə xidmət etmək üçün cəbhəyə göndərilməsi xahişi ilə məktublar göndərib”.
Şamarin korrupsiyada şübhəli bilinərək saxlanılıb.
Onun ordudakı müqavilələrə görə külli miqdarda pul almaqda iştirak etdiyi güman edilir.
Xuraman Etibarlı
İnterpress.az