Seulda bir motosikletçi yolun ortasında nəhəng kraterə düşüb.
İnterpress.az xəbər verir ki, dəhşətli hadisə Cənubi Koreyanın paytaxtı Seulda baş verib.
Asfalt düz magistralda yerin altına batıb, baykeri və yolun bir hissəsini udub.
Çuxur 4 zolaqlı əhatə edib, eni 20 metr olub.
34 yaşlı motosikletçinin meyiti 50 metr dərinlikdə tikilməkdə olan metro tunelində aşkar edilib.
Çökmənin səbəbi araşdırılır – hər şey yaxınlıqda metro tikintisi layihəsini göstərir.
Ağ avtomobildəki sərnişinlər ölümdən son anda dönüblər.
Xuraman Etibarlı
İnterpress.az