Türkiyədə dəniz avtobusunun mühərrik zalında yanğın baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, İstanbuldan Bursaya gedən dəniz avtobusunun mühərrik zalında yanğın baş verib.
Bir gəmi zabiti və dörd sərnişin tüstüdən zəhərlənmə ilə xəstəxanaya göndərilib.
Xuraman Etibarlı
İnterpress.az