Badam ləpəsi – tərkibində olan vitaminlər sayəsində:
Orqanizmi enerji ilə təmin edir
İmmun sistemi möhkəmləndirir
Sinir sisteminin funksional fəaliyyətini yaxşılaşdırır
Stressə qarşı dözümlüyü artırır
Ürək qan-damar xəstəliklərinin yaranmasına səbəb olan zərərli xolesterinin miqdarını azaldır
Qaraciyərin işini yaxşılaşdırır.
Orqanizmə güclü antioksidant təsir göstərir
Sərbəst radikalları neytrallaşdıraraq onların orqanizmdən xaric olmasını sürətləndirir
Hüceyrələrin qocalması və dərinin qırışmasının qarşısını alır
Damarqoruyucu təsir göstərir
Aterosklerotik düyünlərin əmələ gəlməsi və yaşla əlaqədar yaddaş zəifliyinin qarşısını alır
Orqanizm qrip, soyuqdəymə və virus infeksiyalarına qarşı daha dözümlü olur
İnfeksiyasına yoluxmuş qadınların sağalmasını sürətləndirir
Qaraciyərin və dalağın işini yaxşılaşdırır
Yüngül ödqovucu təsir göstərir
Həzmi və iştahanı normallaşdıraraq yumşaldıcı təsir göstərir
Badam qanazlığı, yuxusuzluq, miqren və şəkərli diabet kimi bəzi xəstəliklər zamanı istifadə edilir. Tərkibindəki minerallar sayəsində dərinin su-lipid balansını təmin edərək onu nəmləndirir, yumşaldır və hüceyrələrin regenerasiya prosesini stimullaşdırır.
Badam yağı
Badamı qiymətli edən həm də onun tərkibində yüksək miqdarda olan yağlardır. .
Onunla masaj ediləndə asanlıqla sorulur, allergik reaksiya vermədən dərini nəmləndirir, qidalandırır və yenilənməsini sürətləndirir. Üz dərisi və kipriklərdən kosmetik vasitələrin silinməsi üçün ideal vasitədir. Badam yağı saç köklərini qidalandıraraq möhkəmləndirir, saçların elastikliyini və parlaqlığını artırır.
Badamın kosmetologiyada istifadəsi
Quru və həssas dəri üçün maska
1 x.q. üyüdülmüş badam ləpəsinin üzərinə sıyıq halına gələnə qədər xama əlavə edilərək qarışdırılır. Üz, boyun və sinə nahiyəsinə çəkilərək 30 dəq. saxladıqdan sonra soyuq suyla yuyulur.
Yağlı dəri üçün skrab
5 ədəd xırdalanmış badam ləpəsi üzərinə 1 x.q. üyüdülmüş yulaf yarması və 1 ədəd çalınmış yumurta ağı əlavə edilərək qarışdırılır. Üz, boyun və sinənin təmiz dərisinə masaj edilərək çəkilir. 2-3 dəq. saxladıqdan sonra ilıq suyla yuyulur.
İnterpress.az