İrəvanda təcili tibbi yardım maşını qəzaya düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, aprelin 7-də İrəvanda təcili tibbi yardım briqadası çağırışa gedərkən qəzaya düşüb.
“Toyota” markalı təcili yardım maşını yoldan çıxaraq elektrik dirəyinə çırpılıb, nəticədə 3 nəfər xəstəxanaya yerləşdirilib.
1957-ci il təvəllüdlü həkim xəstəxanada dünyasını dəyişib.
Tibb bacısı əməliyyat olunub və vəziyyəti hazırda ağırdır.
Xuraman Etibarlı
İnterpress.az