Onuncu sinif şagirdi dərs zamanı bıçaqla özünə XƏSARƏT YETİRDİ – VİDEObackend

Onuncu sinif şagirdi dərs zamanı bıçaqla özünə XƏSARƏT YETİRDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada məktəbli dərs zamanı bıçaqla özünə xəsarət yetirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Tomskda məktəbdə onuncu sinif şagirdi dərs zamanı bıçaq çıxararaq özünə xəsarət yetirmək istəyib.

Hadisə “İnteqrasiya” orta məktəbində baş verib. 10-cu sinif şagirdlərindən biri özü ilə mətbəx bıçağı gətirib, dərs zamanı onu çıxarıb və qolunu kəsməyə başlayıb.

Tarix müəllimi məsələyə müdaxilə etmək istəsə də, yeniyetmə bıçaqla onun sinəsinə dəyib, intiharla hədələyib.

Nəhayət, bıçağı onun əlindən ala biliblər, bundan sonra polis çağırılıb.

Ölən və yaralananlar olmayıb.

Xuraman Etibarlı

İnterpress.az