Çeçenistanda bıçaqlı hücum nəticəsində yaralanan polis əməkdaşı ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, Çeçenistanda yol polisi postunda bıçaqlı hücum nəticəsində yaralanan polis əməkdaşı ölüb.
Faktla bağlı cinayət işi açılıb.
Hadisə aprelin 7-də axşam saatlarında baş verib. Çeçenistanın Açxoy-Martan şəhərində bir nəfər yol polisi postunda polis əməkdaşlarına hücum edib.
Hücum edən şəxs yerindəcə öldürülüb.
Xuraman Etibarlı
İnterpress.az