İstanbuldakı danışıqlarda Rusiya və ABŞ nümayəndə heyətlərinə Rusiyanın ABŞ-dəki səfiri və dövlət katibinin köməkçisinin müavini rəhbərlik edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, İstanbulda keçiriləcək danışıqlarda Rusiya və ABŞ nümayəndə heyətlərinə Rusiyanın ABŞ-dəkiı səfiri Aleksandr Darçiyev və dövlət katibinin köməkçisinin müavini Sonata Kulter rəhbərlik edəcək.
Rusiya ilə ABŞ arasında İstanbulda danışıqlar yaxın günlərdə baş tutacaq və səfirliklərin işinin normallaşdırılmasına həsr olunacaq;
Məsləhətləşmələr zamanı iki ölkə diplomatlarının işi ilə bağlı çoxsaylı məsələlərin həlli istiqamətində əsaslı iş davam etdiriləcək;
Danışıqların aprelin 10-da baş tutacağı gözlənilir.
İstanbulda əvvəlki Rusiya-Amerika görüşü fevralın 27-də baş tutub.
Xuraman Etibarlı
İnterpress.az