Netanyahu İranı ABŞ ilə razılığa gəlmədiyi təqdirdə hərbi əməliyyatlarla HƏDƏLƏDİbackend

Netanyahu İranı ABŞ ilə razılığa gəlmədiyi təqdirdə hərbi əməliyyatlarla HƏDƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Tehranın Vaşinqtonla razılığa gəlmədiyi təqdirdə İrana qarşı hərbi əməliyyatlarla hədələyib.

İnterpress.az xəbər verir ki, bu barədə Netanyahu Vaşinqtona səfərindən sonra deyib.

“ABŞ prezidenti Tramp və mən razıyıq ki, İran nüvə silahına malik olmamalıdır. Buna razılaşma çərçivəsində nail olmaq olar.

Ancaq bu razılaşma Liviya ilə razılaşma kimi olarsa: içəri girmək, obyektləri partlatmaq, bütün cihazları sökmək, Amerikanın nəzarəti altında və Amerikanın həyata keçirməsi ilə – bu yaxşıdır.

İkinci variant, əgər bu baş verməsə, onlar sadəcə olaraq danışıqları uzadacaqlar, sonra isə – hərbi variant.
Bunu hamı başa düşür. Biz bu məsələni uzun müddət müzakirə etdik”, – Netanyahu bildirib.

Bundan əvvəl ABŞ və İran ikitərəfli danışıqların aprelin 12-də Omanda keçiriləcəyini təsdiqləsə də, Vaşinqton danışıqların birbaşa, Tehran isə vasitəçilər vasitəsilə aparılacağını təkid edib.

Xuraman Etibarlı

İnterpress.az