Adam Kadırov 17 yaşında “XHƏ qəhrəmanı” olub, baxmayaraq ki, o, heç müharibədə olmayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
17 yaşında Adam Kadırov Rusiya Milli Qvardiyasının “Döyüşdə fərqlənməyə görə” mükafatını “xüsusi hərbi əməliyyatlara verdiyi töhfəyə görə” alıb, baxmayaraq ki, hərbi əməliyyatlarda iştirakı təsdiqlənməyib.
Çeçenistan hakimiyyətinin dediyinə görə, o, guya cəbhə bölgələrinə səfər edib.
Onun artıq ən azı 17 mükafatı var. O, Ramzan Kadırovun təhlükəsizliyinə rəhbərlik edir və Qudermesdəki xüsusi təyinatlılar universitetinə nəzarət edir.
Xuraman Etibarlı
İnterpress.az