ABŞ-də deportasiyaya məruz qalan miqrantlar hər gün 998 dollar cərimələnəcəklər.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, ABŞ-də deportasiyaya məruz qalan miqrantlar Amerika ərazisini tərk etməsələr, hər gün 998 dollar cərimələnəcəklər.
Onlar ödəniş etməsələr, əmlakları müsadirə ediləcək.
Üstəlik, cərimələr beş ilədək müddətə geriyə tətbiq ediləcək ki, bu da 1 milyon dollardan çox cərimə ilə nəticələnə bilər.
Xuraman Etibarlı
İnterpress.az