Hizbullah Livan prezidenti ilə tərksilahla bağlı danışıqlara hazırdır, amma şərti var.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə təşkilatın yüksək vəzifəli nümayəndəsi məlumat verib.
Bildirilir ki, İsrail Livanın cənubundan qoşunlarını çıxarsa və hücumlarını dayandırarsa, Hizbullah Livan prezidenti ilə tərksilahla bağlı danışıqlara hazırdır.
Xuraman Etibarlı
İnterpress.az