Tərkib:
1 kq badımcan
250 qr qoz ləpəsi
2 ədəd baş soğan
1 x.q. alça tuşusu
bitki yağı
duz, istiot
Hazırlanması:
Badımcanın başı kəsilir, qarnı yarılır, duzlanıb 1 saat saxlanır. Qaynayan suda pörtlədilib süzülür. Üzərinə ağır daş və ya başqa əşya qoyulub 1-2 saat saxlanır. Soğan ətçəkən maşından keçirilir, tənziflə acı suyu sıxılır, üzərinə alça turşusu, duz, istiot və ətçəkən maşından keçirilmiş qoz əlavə olunub qarışdırılır. Ləvəngi badımcanın içərisinə doldurulub yağda hər tərəfli qızardılır.
İnterpress.az