Putin etiraf etdi ki, o, kimisə yumruqlamaq istəyi ilə daim mübarizə aparır.
İnterpress.az xəbər verir ki, Rusiya lideri ilə söhbətin fraqmentini müxbir Pavel Zarubin Telegram-da dərc edib.
Rusiya prezidenti Vladimir Putin deyib ki, o, daim yumruq atmaq istəyi hiss edir, lakin o, bu cür impulsların öhdəsindən gəlir.
Jurnalist dövlət başçısından öz soyuqqanlılığına baxmayaraq, nə vaxtsa kimisə “yumruqlamaq” istəyinin olub-olmadığını soruşub.
“Həmişə. “Mən bununla yaşayıram, amma bununla mübarizə aparıram”, – Putin deyib.
Bundan əvvəl Putin Kremldəki mənzilində mətbəxi və soyuducunu göstərib.
Kadrlarda Rusiya liderinin soyuducudan kefir, şkafdan isə ağ fincanları çıxardığı görünür.
Həmçinin Putinin masasında banan, bal, souslar, ədviyyatlar və kağız salfetlər görmək olar.
Xuraman Etibarlı
İnterpress.az