Sərhədləri aşan ŞƏFA: Sabir Rüstəmxanlı türkiyəli həkimlərə TƏŞƏKKÜR ETDİbackend

Sərhədləri aşan ŞƏFA: Sabir Rüstəmxanlı türkiyəli həkimlərə TƏŞƏKKÜR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabir Rüstəmxanlı Türkiyədə əməliyyat olunub. 

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycanın Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı sosial şəbəkə hesabında məluamat verib və türkiyəli Prof.Dr. Lütfi Tunç bəyə təşəkkür edib.

Təşəkkür mesajında deyilir:

“Təşəkkür!
Bu günlərdə sağlıq durumumla bağlı Ankaranın ən yaxşı uroloji klinikasana, köhnə dostum Prof.Dr. Lütfi Tunç bəyə müraciət edib, ondan məsləhət almaq istədim. Son dərəcə gözəl və səmimi bir insan olan Lütfi bəy, dünyanın barmaqla sayıla bilən məşhur uroloqlarından və robotla cərrahiyə uzmanlarından biridir. Bu dəfə müayinə edincə, “abi, yaş irəliləyir, ilacla-dərmanla özünü üzmə, bir-iki gün yuban, bitirəlim bu işi, sıxıntın qalmasın” dedı.

Beləliklə, iyunun 25-də Ankara Acıbadəm xəstəxanasında Lütfi bəy, məni öz kəşfi olan “Omeqa Tunç texnikası” ilə və mənə izlətdirərək əməliyyat etdi. İki gün sonra iyunun 27-də xəstəxanadan çıxdım. Ankarada və xəstəxanada olduğum müddətdə davamlı olaraq Lütfi bəyin, onun həkim dostlarının və komandasının təmənnasız diqqət və qayğısını hiss etdim.

Prof. Dr. Lütfi Tunçla Bakıda tanış olmuşduq. İllər öncə yeni texnoloğiyalar gətirməklə təcrübəsini və biliyini Azərbaycanda tətbiq etmək istəyirdi. Təəssüf ki, süni maneələr buna imkan vermədi. Sonralar bu tanışlıq dostluğa çevrildi. Azərbaycandan gedən nə qədər xəstəsi varsa, hamısı onun haqqında böyük sevgi və sayqı ilə danışır.

Lütfi bəy Hacettepe Universitetini bitirmiş, Gazi Üniversitetinin Tıp Fakültesində çalışmışdır. 2003 cü ildə Amerika’da (Dallas) Southwestern Universiteti, Üroloji Klinikası, Üroloji Laparoskopik Cerrahiyyə Bölümünde təhsilini davam etdirmişdir. Laparoskopi ve Robotik Cerrahi üzərinə uzmanlaşan Prof. Dr. Lütfi Tunç 2003-cü ildən etibarən ürolojidə laparoskopik cərrahi əməliyatlarına başlamışdır.

2007-ci ildə Heidelberg Üniversiteti Heilbronn Xəstəxanası Üroloji Klinikasında laparoskopik cərrahiyə üzrə təceübəsini artırmışdır.
Türkiyədə bir çok xəstəxanalarda, üroloji klinikalarda laparoskopik üroloji əməliyatları aparıb (600-dən çox). 2005-2016 cı illər arasında ulusal ve uluslararası 36 kurs ve simpozium düzənləmişdir. Müxtəlif ölkələrdə çap olunan elmi məqalələri dünya tibb elminə böyük töhfədir.

Qapalı böyrək əməliyatında “Tunç texnikası” onu bütün dünya təbabətində tanıtdırıb. Bu üsulla o, Almanya, Yunanıstan, Misir, Rumıniya, Kosova, Kuzey Kıbrıs, Rusya, İtaliyada və s. tədris məqsədli əməliyatlar aparmışdır.

2012-ci ildə Avropa Üroloji Dərnəyi Laparoskopik Cərrahi Eğıtim grupuna seçimişdir. (ESUT). Avropa və dünyanın bir sıra uroloji mərkəzlərinin, o cümlədən Rumıniya uroloji dərnəyinin fəxri üzvüdür.

Robotik Prostat Kanseri Ameliyatı işlemine başlayan Dr. Lütfi Tunça 2012-cı ildə Amerikanın Surgical firması Robotik cərrahi (Da Vinçi) konsultant-həkim ünvanı vermişdir. 2016-cı ildə London mərkəzli “Holmium Academy”nin üzvlüyünə qəbul edilmiş ve dünyadaki toplam 32 eğitmenden (mentor) biridir.

Bu məlumatları yazmaqda məqsədim Prof.Dr. Lütfi Tunçu Azərbaycanda daha yaxşı tanıtmaqdır. Bu cür alimlər həm də Türk dünyasının hər yerində tanınmalı və onlarla qürur duyulmalıdır! Yazımın sonunda dəyərli dostum Prof. Dr. Lütfi Tunça bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Nə yaxşı ki, dünyada belə insanlar var, onlarla təmas bütün fiziki və mənəvi yaraları sağaldır…”