Vergi Məcəlləsində  dəyişiklikbackend

Vergi Məcəlləsində dəyişiklik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Vergiler.az saytına istinadla bildirir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə görə, investisiya təşviqi sənədi əldə edən şəxslərin mənfəətinin 50 faizi 7 il müddətinə gəlir və ya mənfəət vergisindən azad olunur.

Həmçinin sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının 7 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulub.

Bundan başqa, hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq əmlaka görə 7 il müddətinə əmlak vergisi, mülkiyyətlərində olan torpaq sahələrinə görə isə torpaq vergisi ödəməkdən azad ediliblər.

İnterpress.az