Mikayıl İsmayılovun iki milyardlıq mülkü – FOTOLARbackend

Mikayıl İsmayılovun iki milyardlıq mülkü – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adının çəkilməsini istəməyən mənbənin redaksiyamıza təqdim etdiyi fotolar və məlumatdan aydın olur ki, M.İsmayılov Bakının Hövsan qəsəbəsində dəyəri milyardlarla ölçülən mülklərə sahibdir.

Qeyd edək ki, ötən günlərdə də afn.az M.İsmayılova məxsus olduğu bildirilən və Türkan kəndində dənizkənarı ərazidə yerləşən 7 imarətlik cah-cəlalı haqda məlumat yaymışdı. Yazıda bildirilirdi ki, M.İsmayılov Türkan qəsəbəsində dənizin kənarında on hektarlarla ərazini zəbt edib:

“Bu ərazi Mikayıl İsmayılov tərəfindən 6 metr hündürlüyündə hasarlanıb, əraziyə heç kimin keçməsinə icazə verilmir. Hasarın dəniz tərəfində oliqarx neftçi 7 imarət ucaldıb. İmarətlərin hər birinə milyonlarla manat xərcləyən Mikayıl İsmayılov həmçinin dənizin bir hissəsini də həyətinə salıb. Bu ərazi artıq neçə illərdir ki, zəbt edilib. Mikayıl İsmayılov bu cah-cəlalı yay aylarında istirahəti üçün inşa etdirib. Ərazidə gecə-gündüz ondan artıq idmançı saxlayan Mikayıl İsmayılov həmin idmançıların köməyi ilə buralara heç kimi buraxmır.

Neft maqnatının villasını mühafizə edən dəstə Mikayıl İsmayılovun qardaşı, Pirallahı rayon Polis İdarəsinin rəisi Cümşüd İsmayılovun işçiləridir. Adı polisdə vəzifədə gedən bu şəxslər gecə-gündüz Mikayıl İsmayılovun villalarının qorunması ilə məşğuldur.

Bundan başqa, Mikayıl İsmayılov Türkan qəsəbəsindən həmin istiqamətdə dənizə gedən avtomobil yolunu da zəbt edib, yolun girişinə şlaqbaumlar qoyub ki, neft maqnatının icazəsi olmadan həmin istiqamətdə dənizə heç kim buraxılmır”.

Redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, Hövsanda da eyni vəziyyət hökm sürür. Lakin burada durum bir qədər fərqlidir. Belə ki, Hövsanda M.İsmayılovun tamahı daha böyük ərazini əhatə edib. Təxminən 250 hektar ərazini hasarladan SOCAR-ın vitse-prezidenti əraziyə gedən yola şlaqbaum da qoydurub: “Bu ərazidə o özünə nə az, nə çox 9 dənə villa tikdirib.

Deyilənə görə, o villaların hər birinə 200-250 milyon xərc çəkilib. Bu, o deməkdir ki, SOCAR vitse-prezidentinin Hövsanda azı 2 milyardlıq mülkü var. Villalarda ancaq qarovulçular və bağbanlar qalır. Şənbə-bazar olanda vitse-prezident digər SOCAR rəsmilərilə (mənbə onların adlarını və görüntülərini də təqdim edəcəyinə söz verir-red.) bura yaxta sürməyə gəlir.

Ya da onun ailə üzvləri burada dost-tanışlarını başına yığıb kef məclisləri qururlar. Villalarda dəyəri yüz milyonlarla ölçülən bahalı brendlərdən olan yaxtalar saxlanır. Yerli camaat isə dəniz üzünə həsrət qalıb bu ərazidə.

Dənizə getmək üçün sakinlər kilometrlərlə yol qət eləməli olurlar. SOCAR rəsmisinin həftədə iki günlük kefi üçün insanlar zülüm çəkirlər. Sakinlər haralara müraciət etsələr də heç bir nəticəsi olmayıb. Sanki Azərbaycanın prezidenti Rövnəq Abdullayev, Bakının meri isə Mikayıl İsmayılovdu”.

Mikayıl İsmayılovun iki milyardlıq mülkü - FOTOLAR

Mikayıl İsmayılovun iki milyardlıq mülkü - FOTOLAR

Mikayıl İsmayılovun iki milyardlıq mülkü - FOTOLAR

İnterpress.az