Dünya Bankından (DB) $500 mln. kredit almağı planlaşdırırıqbackend

Dünya Bankından (DB) $500 mln. kredit almağı planlaşdırırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə bankın Bakı nümayəndəliyindən məlumat verilib.

\”Azərbaycan tərəfi layihədəki payını maliyyələşdirmək üçün $500 mln. həcmində kreditin ayrılması xahişi ilə Dünya Bankına müraciət edib. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır”, – deyə bankın nümayəndəsi bildirib.

Onun sözlərinə görə, layihənin benefisiarı “Cənub Qaz Dəhlizi” QSC olacaq.

Nümayəndə əlavə edib ki, müraciətlə bağlı müsbət qərar qəbul edildiyi halda kredit dövlət zəmanəti ilə ayrılacaq.

\”Layihənin hazırlanması, danışıqların aparılması, bankın Direktorlar Şurası tərəfindən kreditin ayrılmasının təsdiqi proseslərini 2016-cı ilin sonunadək başa çatdırmaq planlaşdırılır”, – deyə o qeyd edib. (İnterfaks)

İnterpress.az