“Spartak”ın sabiq futbolçusu Nikita Simonyan Ukraynanın “Mirotvorets” bazasına salınıb.
İnterpress.az xəbər verir ki, bu barədə resursun paylaşdığı məlumatlarda bildirilir.
Moskva “Spartak” klubunun tarixi bombardiri, Rusiya Futbol İttifaqının birinci vitse-prezidenti Nikita Simonyan Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.
Simonyan Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qəsddə ittiham olunur.
98 yaşlı veteran futbolçu “Spartak”ın ən yaxşı bombardiri olaraq tarixə düşüb.
O, 1949–1959-cu illərdə çıxış etdiyi klubda 160 qol vurub. Bundan əlavə, 1960–1965 və 1967–1972-ci illərdə komandanın baş məşqçisi olub.
Simonyan həm də SSRİ yığmasının heyətində 1956-cı ildə Olimpiya çempionu adını qazanıb.
Xuraman Etibarlı
İnterpress.az