“ABŞ-ın 439 aktiv neft quyusuna ehtiyacı var”backend

“ABŞ-ın 439 aktiv neft quyusuna ehtiyacı var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Avstraliyanın 4-cü ən böyük bankı olan \”Australia and New Zealand Banking Group\”un (ANZ) təhlilçisi Daniel Haynza (Daniel Heinz) deyib.

O, bildirib ki, ABŞ-ın hazırda gündəlik neft hasilatı 8,767 mln. barel, aktiv neft quyularının sayı isə 316 ədəd təşkil edir. ABŞ-ın tarixi maksimal gündəlik neft hasilatı 2015-ci ilin iyununda 9,61 mln. barel həcmində qeydə alınıb.

Ölkənin nüfuzlu neft-qaz xidmət şirkəti \”Baker Hughes\”ə görə isə ABŞ-da aktiv neft quyularının sayı 2014-cü ilin oktyabrında rekord 1 609 ədəd təşkil edib.

Hazırda aktiv neft quyularının sayında maksimal səviyyəyə nəzərən azalma 1 293 ədəd və ya 5 dəfədən çoxdur. ANZ-nin təhlilinə əsasən, aktiv neft quyularının sayındakı azalma bu tendensiya ilə davam edərsə, bu ilin iyul ayında ABŞ-da gündəlik neft hasilatı 8,5 mln. barelə enə bilər.