Bakıda və rayonlarda leysan gözlənilir – XƏBƏRDARLIQbackend

Bakıda və rayonlarda leysan gözlənilir – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeron yarımadasında noyabrın 4-ü səhərdən 5-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında noyabrın 4-dən 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.