Oyandıqdan dərhal sonra yatağı yığmaq sağlamlıq üçün TƏHLÜKƏLİDİRbackend

Oyandıqdan dərhal sonra yatağı yığmaq sağlamlıq üçün TƏHLÜKƏLİDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər yuxudan oyanan kimi yatağı yığmaq sağlamlıq üçün zərərli ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə həkimlər xəbərdarlıq edir.

Yuxu zamanı bədən tər ifraz edir və bu nəm yataqda toplanır. İsti yorğanla birlikdə bu, toz gənələri və bakteriyaların çoxalması üçün ideal mühit yaradır. Onlar insan dərisi hissəcikləri ilə qidalanır və allergiya, dermatit, hətta astmaya səbəb ola bilirlər.

Mütəxəssislər tövsiyə edirlər ki, yatağı yığmazdan əvvəl otağı və yatağı ən azı bir saat havalandırasınız, yorğanı açıq saxlayasınız. Əks halda, yataqdakı gənələrin miqdarı 5–10 dəfə arta bilər.

Xuraman Etibarlı

İnterpress.az