“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyuna çıxacaq.
İnterpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Çelsi”ni qəbul edəcək.
İngiltərə təmsilçisi ilə görüşə saat 21:45-də start veriləcək.
“Qarabağ” 3 turdan sonra 6 xalla 15-ci sıradadır. Aktivində eyni xalı olan “Çelsi” isə 13-cüdür.
Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
5 noyabr
21:45 Qarabağ – Çelsi (İngiltərə)
Baş hakim: Sebastyan Qishamer (Avstriya)
Tofiq Bəhramov adına Respublika stadionu






