Plombun ALTERNATİVİ: Diş kariyesinə qarşı yeni gel emalı BƏRPA EDİRbackend

Plombun ALTERNATİVİ: Diş kariyesinə qarşı yeni gel emalı BƏRPA EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diş kariyesinə qarşı yeni gel emalı bərpa edir. Həkimlər bunu stomatologiyada böyük irəliləyiş sayır.

İnterpress.az xəbər verir ki, bu barədə elmi mənbələr məlumat yayıb.

Alimlər diş emalını bərpa edən protein əsaslı xüsusi gel hazırlayıb. Gel diş səthinə hoparaq çatları doldurur və karkas kimi davranır.

Bu struktur emalı möhkəmləndirir, regenerasiyanı sürətləndirir və kariyesin yaranmasının qarşısını alır.

İlkin testlər uğurlu olub. Mütəxəssislər bildirir ki, gel təhlükəsizdir və istifadəsi asandır. İndi genişmiqyaslı sınaqlar başlanacaq.

Gel karyeslə mübarizədə invaziv prosedurlara alternativ kimi qiymətləndirilir və gələcəkdə plombun yerini qismən tuta bilər.

Xuraman Etibarlı

İnterpress.az