Rusiyadan məhsul dolu vaqonlar niyə geri qayıdır?backend

Rusiyadan məhsul dolu vaqonlar niyə geri qayıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycandan gedən, kənd təsərrüfatı malları yüklənmiş 4 vaqon gecə saatlarında Rusiyadan Azərbaycana qaytarılıb. Məlumata görə, buna səbəb qonşu ölkənin Azərbaycan məhsullarının Türkiyə və digər ölkələrdə qablaşdırılmasına dair narazılığıdır.

Azərbaycan-Rusiya sərhədindəki Yalama dəmiryolu stansiyasında vaqonların açılması prosesində iştirak edən Azərbaycan Gömrük Komitəsinin əməkdaşları Rusiya tərəfinin bu iddialarının tamamilə əsassız olduğunu bildirib.

Xaçmaz gömrük idarəsinin rəis müavini Zal Zalovun sözlərinə görə, Rusiyanın geri qaytardığı pomidorlar Şəmkir istixanalarında yetişdirilmiş yerli məhsullardır, qablaşdırma da Azərbaycanda aparılıb.

\”Burada nəyinsə Türkiyədə istehsal olunması və ya orada qablaşdırılması haqda söhbət gedə bilməz\”, – deyə Zal Zalov bildirib. Rəis müavininin bu sözlərini sahibkarlar da təsdiqlədilər.

Nurlan Məmmədov deyir ki, pomidorlar Göyçay, Şəmkir və Azərbaycanın müxtəlif rayonlarında yetişdirilir, qablaşdırılır və buradan Rusiya Federasiyasına göndərilir.

Xaçmaz gömrük idarəsindən o da bildirildi ki, son günlər yaranan bu problemlə bağlı komitə əməkdaşları Dağıstanın gömrük orqanları ilə danışıqları davam etdirirlər.

Verilən məlumata görə, Azərbaycandan gedən məhsulların hamısının mənşə və fitosanitar sertifikatları və digər sənədləri tam qaydasındadır. (ans)

İnterpress.az

İqtisadiyyat