ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,17 dollar artaraq 52,68 dollar olub.
Neftin bahalaşmasına səbəb ABŞ-da kommersiya ehtiyatlarının azalmasıdır. Belə ki, Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, ABŞ-da kommersiya neft ehtiyatları proqnozlaşdırıldığı kimi 2,5 mln. barrel deyil, 3,2 mln. barrel azalıb.
Üstəlik, dollara təzyiq neftin bahalaşmasını sürətləndirir.
Interpress.az