Çempionlar Liqası: “Liverpul”a məğlub olan “Qarabağ” pley-offa yüksəlib – YENİLƏNİBbackend

Çempionlar Liqası: “Liverpul”a məğlub olan “Qarabağ” pley-offa yüksəlib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu – VIII turunda “Liverpul”a (İngiltərə) böyük hesabla uduzub.

İnterpress.az xəbər verir ki, “Enfild” stadionunda keçirilirən matçda ev sahibləri 6:0 hesablı qələbəyə seviniblər.

Məğlubiyyətə baxmayaraq, “köhlən atlar” əsas mərhələdə topladığı 10 xal sayəsində 22-ci pilləni tutaraq, pley-offa yüksəlməyi bacarıb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun “Liverpul” (İngiltərə) – “Qarabağ” oyunu start götürüb.

İnterpress.az xəbər verir ki, qarşılaşma “Enfild” stadionunda keçirilir.

Görüşü slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.