İdman zalından sonra dırnaqlar unitaz oturacağından 10 dəfə daha çirkli olur.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV elmi araşdırmalara istinadən məlumat yayıb.
Yeni aparılan araşdırma müəyyən edib ki, idman məşqlərindən sonra bir çox bakteriyalar bədənimizdə uzun müddət qalır.
Alimlər idman zalında məşq edən insanların dırnaqlarında çoxlu sayda mikroorqanizm, o cümlədən dəri infeksiyalarına, səpkilərə və digər problemlərə yol aça bilən stafilokok, enterokok, bəsil və bağırsaq çöpləri aşkar ediblər.
Mütəxəssislər bu vəziyyəti yüzlərlə insanın eyni matlardan və trenajorlardan istifadə etməsi ilə əlaqələndirirlər.
Bir saatlıq məşqi başa vuran iştirakçıların dırnaqlarından götürülən yaxmaların nəticələri göstərib ki, dırnaq altındakı bakteriyaların sayı orta statistik unitaz oturacağındakından 10 dəfə çoxdur.
Araşdırmanı şərh edən məşqçi Li Mitçell istifadədən əvvəl idman zalındakı bütün avadanlıqları diqqətlə dezinfeksiya etməyi tövsiyə edib.
O bildirib ki, təmizləyici vasitələrin bütün bakteriyaları məhv etməsi üçün avadanlıqları sildikdən sonra bir neçə dəqiqə gözləmək lazımdır.
Xuraman Etibarlı
İnterpress.az






