Dünya Bankının regional direktoru Azərbaycana gəlirbackend

Dünya Bankının regional direktoru Azərbaycana gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üç gün davam edəcək səfər çərçivəsində M.Tembonun Bakıda Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur. Regional direktorun DB-nin Azərbaycan ofisinin əməkdaşları üçün keçiriləcək seminarda da iştirak edəcəyi deyilir.
Xatırladaq ki, M.Tembon DB-nin Cənubi Qafqaz regionu üzrə direktoru kimi 2015-ci il oktyabrın 1-dən işə başlayıb. O, 2012-ci ildən bu vəzifəni icra edən və artıq Qana, Liberiya və Sierra-Leone üzrə regional direktor təyin olunan Henri Keralini (Henry Godfrey Rupiny Kerali) əvəz edib.(Report)

İnterpress.az