Bu barədə yerli hökumətin bu gün keçirilən iclasında baş nazir Giorgi Kvirikaşvili deyib.
Baş nazir bildirib ki, sonuncu dəfə belə bir göstərici 2008-ci ildə qeydə alınıb: \”Birinci rübdə birbaşa xarici investisiyaların həcmində olduqca böyük artımı olub. Hesabat dövründə Gürcüstana yatırılan xarici investisiyaların həcmi 376 milyon dollara çatıb. Ən çox yatırım nəqliyyat və rabitə, həmçinin enerji sektoruna olub. Azərbaycan Gürcüstana ən çox investisiya yatıran ölkədir. İkinci yerdə Türkiyə, üçüncü isə Böyük Britaniya tutur\”. (apa)
İnterpress.az