Tramp xalqa müraciəti zamanı İranla müharibənin başa çatdığını elan edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
ABŞ Prezidenti Donald Trampın xalqa müraciət edəcəyi gözlənilir. Məlumata görə, Tramp çıxışında İranla davam edən hərbi qarşıdurmanın sona çatdığını rəsmən elan edəcək.
Nəşrin yazdığına görə, o, həmçinin əsas həll olunmamış məsələyə – İranın Hörmüz boğazından gəmi daşımalarına davam edən məhdudiyyətlərinə görə NATO müttəfiqlərini günahlandırmaq niyyətindədir.
Bu addım Yaxın Şərqdəki gərginliyin azaldılması və yeni siyasi kursun müəyyən edilməsi istiqamətində vacib bir mərhələ hesab olunur.
Trampın çıxışının Şərq vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə saat 05:00) baş tutacağı gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az






