Ən maraqlısı isə budur ki, xakerlər bu köçürmələr zamanı hesabdan çox kiçik bir məbləğ çıxardıqlarından bundan bank müştəriləri demək olar ki, xəbər tutmur.
Belə təhlükələrdən sığortalanmaq üçün ekspertlərin bankda hesabı olan hər kəsə çox önəmli tövsiyyələri var.
Bank kartlarına bu kimi müdaxilə edən xakerlər adətən hər kəsin bank hesabından çox kiçik bir məbləğ məsələn 50 qəpiklik vəsaiti oğurlayırlar. Bu əməliyyatdan hesab sahibləri demək olar ki məlumatsız olur. Çünki insanların çoxu bu qədər kiçik bir məbləğə diqqət etmirlər.
Bəs bu təhlükədən sığortalanmaq üçün bank hesabı olan vətəndaşlar hansı addımı atmalıdırlar? Milli Kart MMC-nin departament müdirinin müavini Rüstəm Rüstəmli bildirir ki, bank hesabını nəzarətdə saxlamağın yollarından biri internet bankinq xidmətidir.
Bank hesablarını mühafizə etməyin başqa bir yolu isə isə sms bankinq xidmətindən istifadə etməkdir.
Xatırladaq ki, internet və sms bankinq xidmətləri hazırda banklar pullu olaraq həyata keçirirlər. Buna görə də müştərilən bir qismi bu xidmətdən istifadə etməkdə maraqlı olmur. Buna görə Milli Kart MMC insanların balanslarını daim nəzarətdə saxlamaq üçün pulsuz olaraq təqdim edilən cib adlı tətbiq yaradıb. İstənilən bankın müştərisi smartfonla bu tətbiqi yükləməklə bank hesablarının hamısını 24 saat nəzarət altında saxlaya bilər.
Bu tətbiq vasitəsilə insanlar hesablarında baş verən bütün dəyişikliklərdən anında xəbər tutur və bu zaman xoşagəlməz halların qarşısını da dərhal almaq mümkün olur.