Sumqayıtın məşhur parkına 1,1 milyardlıq investisiya qoyulacaqbackend

Sumqayıtın məşhur parkına 1,1 milyardlıq investisiya qoyulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Kimya sənaye parkına 1,1 mlrd. manat investisiya yatırılacaq. Azadinform xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev “Azərbaycanda investisiyaların təşviqi: yeni yanaşmalar və prioritetlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

“Bu gün həm də Sumqayıt Kimya Sənaye Parkına səkkizinci rezidentin qəbulu üçün sənəd imzalanacaq. Həmçinin 9-cu rezidentin Parka qəbulu üçün işlərə də başlanılacaq. Ümumilikdə 8 rezidentin Sumqayıt Kimya Sənaye Parkına 1,1 mlrd. manat investisiya yatırması planlaşdırılır”, – nazir deyib.

Ş. Mustafayev həmçinin deyib ki, aparılan islahatlar nəticəsində lisenziyaların sayı 59-dan 37-yə endirilib və verilmə prosesi də sadələşdirilib. Həmçinin sahibkarlara verilən icazələrin sayı 330-dan 87-yə endirilib.

Sumqayıtın məşhur parkına 1,1 milyardlıq investisiya qoyulacaq

İnterpress.az