Duş qəbul edərkən kontakt linza taxan qız görmə qabiliyyətini itirdi
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
ABŞ-də yaşayan 20 yaşlı gənc qızın başına gələn hadisə kontakt linzalardan istifadə edən hər kəs üçün ciddi xəbərdarlıqdır.
Qız müntəzəm olaraq duş qəbul edərkən linzalarını çıxarmayıb. Bir gün onda göz ağrısı, qıcıqlanma və görmə qabiliyyətinin kəskin zəifləməsi başlayıb.
Cəmi bir həftə sonra o, tamamilə görmə qabiliyyətini itirib.
Müayinə zamanı məlum olub ki, gözə duş suyundan “akantameba” adlı mikroorqanizmlər keçib. Bu parazitlər buynuz qişanı məhv etməyə qadirdir.
Kontakt linzalar nəm və parazitləri gözün səthində saxlayaraq, infeksiyanın daha aqressiv yayılmasına şərait yaradıb.
Mütəxəssislər xəbərdarlıq edirlər:
-
Duş qəbul etməzdən, hovuz və ya saunaya girməzdən əvvəl linzaları mütləq çıxarın;
-
Linza ilə yatmaq qəti qadağandır;
-
Linzaları adi su ilə deyil, yalnız xüsusi məhlulla yumaq lazımdır.
Xuraman Etibarlı
İnterpress.az






