Paşinyan sabiq prezidentləri İTTİHAM ETDİ: “Sizin övladlarınız Qarabağda döyüşməyib” – VİDEObackend

Paşinyan sabiq prezidentləri İTTİHAM ETDİ: “Sizin övladlarınız Qarabağda döyüşməyib” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan Robert Köçəryanın ünvanına tənqidi fikirlər səsləndirib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı sabiq prezidentlərin ünvanına kəskin ittihamlar səsləndirib.

O, onların övladlarının Qarabağda hərbi xidmət keçməməsinə və döyüşlərdə iştirak etməməsinə eyham vurub.

“Özlərini Qarabağ uğrunda döşlərinə vuranların oğulları (Serj Sarkisyanın oğlu yoxdur, digərlərinin övladları) Qarabağda xidmət etməyib və heç bir hərbi əməliyyatda iştirak etməyiblər”, – Paşinyan vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az