Mahaçqalada mərkəzi xəstəxanada həkimlərə bıçaqlı hücum olub.
İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Dağıstanın Mahaçqala şəhərindəki Mərkəzi xəstəxanada dəhşətli cinayət hadisəsi baş verib. Naməlum şəxs xəstəxananın həkimlərinə bıçaqla hücum edib.
Məlumata görə, həkimlərdən biri yuxu arteriyasından ağır yaralanıb və vəziyyəti çox ağır olaraq reanimasiyaya yerləşdirilib.
Üz nahiyəsindən xəsarət alan digər həkim də intensiv terapiya şöbəsinə çatdırılıb.
İlkin məlumatlara əsasən, hücumun səbəbi qisasdır. Belə ki, xəstəxanada yaxın qadın qohumu dünyasını dəyişən şəxsin həkimlərin yardım göstərmədiyi iddiası ilə onlara hücum etdiyi bildirilir.
Hücum edən şəxs artıq polis tərəfindən saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






